QƏSƏBƏ HAQQINDA

aboutus-baner

Şəhərin mərkəzinə cəmi 10 dəqiqəlik məsafədə məxməri yaşıl bağlar əhatəsində bir yaşam mərkəzi düşünün. "ROYAL PARK" yay-qış havası daha sərin və təmiz, yaşamaq və istirahət etmək üçün hər bir incəliyi düşünülmüş bir villa şəhərciyidir.

Yorğun iş gününün ardından ailənizlə birgə asudə vaxt keçirmək üçün can atacağınız bir məkandır. Müasir həyat tərzi üçün tələb olunan hər bir şərait nəzərdə tutulmağına baxmayaraq, şəhər həyatının gətirdiyi səs-küy və digər narahat edici məqamlardan uzaq bir yaşam tərzi. Uşaqlarınız üçün müasir məktəb və uşaq bağçası, sağlam həyat tərzi üçün idman sahələri, gündəlik alış-veriş üçün market, şəxsi baxım üçün Gözəllik mərkəzi, dostlarınızla bərabər nahar edə biləcəyiniz restoran və kafe, qonaqlarınızı rahat qəbul edə biləcəyiniz həyət-yanı sahələr və daha bir çox üstünlüklərlə seçilən bir məkan.

Dediklərimizin gerçək olduğunu öz gözlərinizlə görmək üçün Sizi hər zaman gözləyirik...

aboutus-baner-2

Qəsəbənin əsas üstünlükləri aşağıdakılardır:

  • Şəhər mərkəzindən 10 dəqiqəlik məsafədə yerləşir
  • Yaxşı havalanan və sənaye müəssisələrindən kənar ekoloji təmiz ərazı
  • Əksər komunikasiya xətlərinə yaxındır, o cümlədən Aeroporta rahat çıxışı var
  • Yeni layihələndirilən yol Şərifzadə küçəsinə bağlayacaq və bu da şəhər mərkəzinə çatma vaxtını minimuma endirəcək
  • 7/24 Təhlükəsizlik Sistemi
  • TİSA (Azərbaycan Beynəlxalq Məktəbi) ərazidə yerləşir
  • Bütün evlərdə mərkəzləşdirilmiş yanğından mühafizə və təhlükəsizlik sistemləri quraşdırılıb
  • Qulluq xidməti (texniki dəstək, bağbanlar, sahənin təmizlənməsi və s.)
  • Ehtiyyat enerji təminatı
  • Ehtiyyat su anbarı
  • Market
  • Tenis və Basketbol meydançaları
  • Uşaqlar üçün oyun meydançaları
  • Açıq teraslı Restaurant və Bar
  • Kinoteatr
  • Gözəllik salonu

"ROYAL PARK" Yaşayış Kompleksinin dronla çəkilmiş görüntüləri

(+99412) 504-21-11/33;  (+99450) 225-19-09